"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq q ə r a r a a l ı r :
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 9, maddə 567; 2002, No– 12, maddə 703; 2004, No– 6, maddə 414; 2005, No– 10, maddə 873; 2008, No– 3, maddə 155; 2009, No– 6, maddə 399; 2011, No– 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:
1. 6.3.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“6.3.2. səfir müavini, daimi nümayəndənin müavini, baş konsul;”;
2. 6.3.3-cü maddədən “, daimi nümayəndənin müavini” sözləri çıxarılsın;
3. 13.4-cü maddə üzrə:
3.1. maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Səfir müavini, daimi nümayəndənin müavini və ya baş konsul təyin edilmiş şəxsin xaricdə fasiləsiz iş müddəti dörd ildir.”;
3.2. üçüncü cümlədə “müddət” sözü “müddətlər” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 aprel 2013-cü il
No– 598-IVQD
Fayl şəklində yüklə

