"Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U
"Elektron imza və elektron sənəd
haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavə və
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 6, maddə 364) 5-ci maddəsinin dördüncü hissəsi çıxarılsın.
II. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, I kitab, maddə 250, № 5, maddə 323; 2002-ci il, № 12, maddə 709; 2003-cü il, № 8, maddə 420; 2004-cü il, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; Azərbaycan Respublikasının 2004-cü il 24 dekabr tarixli 815-IIQD nömrəli Qanunu) 331.3-cü maddəsindən "-rəqəmli" sözü çıxarılsın.
III. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900; Azərbaycan Respublikasının 2004-cü il 28 sentyabr tarixli 765-IIQD nömrəli, 14 dekabr tarixli 813-IIQD, 814-IIQD nömrəli, 24 dekabr tarixli 815-IIQD nömrəli, 2005-ci il 4 mart tarixli 847-IIQD, 849-IIQD, 852-IIQD, 856-IIQD nömrəli Qanunları) aşağıdakı məzmunda 183-1-ci maddə əlavə edilsin:
"Maddə 183-1. Elektron imza və elektron sənəd haqqında
qanunvericiliyin pozulması
183-1.1. Sertifikatlaşdırılmamış elektron imza və elektron sənəd dövriyyəsi vasitələrindən istifadə edilməsinə görə -
fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli beş mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.
183-1.2. İnformasiya sisteminin mülkiyyətçisi tərəfindən bu sistemin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməməsinə, informasiya sisteminin müəyyən edilmiş qaydada ekspertizadan keçirilməməsinə görə -
fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli beş mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.
183-1.3. Sertifikat xidmətləri mərkəzi tərəfindən imza yaratma məlumatlarının və imza sahibi barəsində məlumatların mühafizəsinin, sertifikatdakı məlumatların tamlığının və düzgünlüyünün, sertifikat xidmətlərinin keyfiyyətinin və dəqiqliyinin təmin edilməməsinə, sertifikatın qüvvəsinin qanunsuz dayandırılması və ya ləğv edilməsinə, sertifikatın istifadəsinə təsir edə bilməsi məlum olmuş məlumatların imza sahibinə vaxtında çatdırılmamasına görə -
fiziki şəxslər şərti maliyyə vahidinin on beş mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz əlli mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.
183-1.4. Elektron sənədlərin saxlanmasında, ötürülməsində, qəbulunda vasitəçinin informasiya sistemindən etibarlı istifadəni təmin edən texnika və texnologiyalara, bilikli, təcrübəli və səriştəli işçi heyətə, xidmət göstərilmiş elektron sənədlərin vaxtını və mənbəyini təyin etməyə imkan verən şəraitə, həmin elektron sənədlərin vaxtı və mənbəyi haqqında informasiyanın saxlanması üçün etibarlı sistemə malik olmamasına görə -
fiziki şəxslər şərti maliyyə vahidinin on beş mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz əlli mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.".
IV. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 738) 7.4-cü maddəsinin ikinci cümləsindən "rəqəmlə ifadə olunmuş" sözləri çıxarılsın.
V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2005-ci il
№ 890-IIQD

