"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 9, maddə 564; 2001, No– 5, maddə 298, No– 11, maddələr 676, 698; 2002, No– 1, maddə 9, No– 8, maddə 463; 2003, No– 8, maddə 424; 2004, No– 2, maddə 57, No– 11, maddə 901; 2005, No– 4, maddə 277, No– 10, maddə 874, No– 11, maddə 993; 2006, No– 12, maddə 1027; 2007, No– 6, maddə 560, No– 11, maddələr 1053, 1091; 2008, No– 2, maddə 49, No– 6, maddələr 453, 463, No– 7, maddə 602; 2009, No– 2, maddə 47, No– 4, maddə 210, No– 12, maddə 948; 2010, No– 7, maddə 598; 2011, No– 2, maddə 71, No– 4, maddə 255, No– 6, maddə 469, No– 12, maddə 1097; 2012, No– 5, maddə 402, No– 7, maddə 671) 35-ci maddəsinin VIII hissəsi aşağıdakı redaksiyada verilsin:
“VIII. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir:
1) Azərbaycan Respublikası vətəndaşınınşəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
2) sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla);
3) qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbz;
4) bu Qanunun 34-cü maddəsinin V hissəsinin 2–4-cü bəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış.
Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 aprel 2013-cü il
No– 595-IVQD
Fayl şəklində yüklə

