"Məlumat azadlığı haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə
“Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanununda
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununu “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 443-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə q ə r a r a a l ı r :
“Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 9, maddə 561; 2000, No– 3, maddə 136; 2003, No– 4, maddə 178; 2004, No– 3, maddə 133; 2006, No– 12, maddə 1005; 2010, No– 3, maddə 172; 2011, No– 3, maddə 162) 12-ci maddəsində “İnformasiya Məsələləri üzrə müvəkkilə” sözləri “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana)” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2013-cü il
No– 587-IVQD
Fayl şəklində yüklə

