Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli
74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ni “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 443-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə q ə r a r a a l ı r :
Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 2, maddə 107; 1999, No– 5, maddə 284; 2000, No– 6, maddə 380, No– 12, maddələr 832, 834; 2003, No– 2, maddə 77; 2004, No– 5, maddə 314; 2006, No– 1, maddə 3, No– 5, maddə 396, No– 12, maddə 1005; 2007, No– 8, maddə 755, No– 11, maddələr 1049, 1081; 2009, No– 6, maddə 395; 2010, No– 3, maddə 171) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nin 21-1-ci maddəsinin adından “, İnformasiya Məsələləri üzrə müvəkkilin hesabatı” sözləri çıxarılsın və həmin maddənin altıncı hissəsi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2013-cü il
No– 586-IVQD
Fayl şəklində yüklə

