"Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və
Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi
sənədləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 3, maddə 136; 2001, No– 11, maddə 669; 2002, No– 6, maddə 328; 2006, No– 2, maddə 64, No– 11, maddə 933; 2007, No– 11, maddə 1053; 2008, No– 8, maddə 701, No– 10, maddə 886; 2009, No– 4, maddə 211, No– 7, maddə 519; 2011, No– 12, maddə 1087;  2012, No– 2, maddə 49) aşağıdakı dəyişikliklər edilsin:

1.1. Qanunun adından, 1-ci maddəsindən və həmin Qanunla təsdiq edilmiş Əsasnamənin adından “və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin” sözləri çıxarılsın.

1.2.  Həmin Qanunla təsdiq edilmiş Əsasnamədə:
1.2.1.   31-36-cı maddələr  və 4 saylı Əlavə ləğv edilsin;
1.2.2.  37-ci maddədən  “, habelə Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbiyə”,   “və əcnəbidən” sözləri çıxarılsın;
1.2.3.   38-ci maddədən “və əcnəbilərə” sözləri çıxarılsın;
1.2.4.  39-cu maddədən  “və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin” sözləri çıxarılsın.

Maddə 2.Bu Qanun 2013-cü il aprelin 1-dən qüvvəyə minir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 5mart 2013-cü il
No– 584-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU