Azərbaycan Respublikasının 2001-ci il 8 may tarixli 129-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 2001-ci il 8 may tarixli 129-IIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin məhəllə komitələri haqqında
Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q A N U N U


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq,  Azərbaycan Respublikasının 2001-ci il 8 may tarixli 129-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamə”ni “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə q ə r a r a   a l ı r :

Azərbaycan Respublikasının 2001-ci il 8 may tarixli 129-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 6, maddə 383; 2011, No– 2, maddə 71) ilə təsdiq edilmiş “Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamə”nin 7-ci maddəsinin onuncu abzasında “ahıl vətəndaşlara” sözləri “çətin həyat şəraitində olan şəxslərə (ailələrə)” sözləri ilə əvəz edilsin.  

 

İlham Əliyev  
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 22 fevral 2013-cü il
No– 572-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU