"Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməsi barədə
“Azərbaycan Respublikası Hökuməti və
Birləşmiş Ərəb Əmirlikləri Hökuməti
arasında diplomatik pasportlara malik
olan şəxslərin giriş vizasından azad edilməsi haqqında”
Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə
əlaqədar notalar mübadiləsinin
təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq q ə r a r a a l ı r :
“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar 2012-ci il noyabrın 21-də həyata keçirilmiş notalar mübadiləsi təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral 2013-cü il
No– 564-IVQ
Fayl şəklində yüklə

