"Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyanın Əlavə Protokoluna qoşulmaq barədə
“Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında”
Konvensiyanın Əlavə Protokoluna qoşulmaq barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq q ə r a r a a l ı r :
Azərbaycan Respublikası “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyanın 2003-cü il mayın 15-də Strasburq şəhərində imzalanmış Əlavə Protokoluna Azərbaycan Respublikasının ona dair bəyanatı ilə (bəyanatın mətni əlavə olunur) qoşulsun.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2013-cü il
No– 548-IVQ
Fayl şəklində yüklə

