Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 25-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Vergi Məcəlləsini Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No–8, I kitab, maddə 583; 2001, No–7, maddə 454, No–9, maddə 576, No–12, maddə 734; 2002, No–5, maddə 249, No–12, maddə 707; 2003, No–8, maddə 425, No–12, I kitab, maddə 671; 2004, No–1, maddə 1, No–11, maddə 887, No–12, maddə 980; 2005, No–2, maddə 61, No–8, maddə 688, No–12, maddə 1081; 2006, No–12, maddələr 1005, 1026; 2007, No–1, maddə 4, No–6, maddə 597, No–8, maddə 745, No–11, maddə 1053, No– 12, maddə 1192; 2008, No– 7, maddə 602, No– 11, maddə 960; 2009, No–7, maddə 506; 2011, No– 1, maddə 14, No– 7, maddələr 588, 603, No– 12, maddə 1115; 2012, No–6, maddələr 500, 513, No–7, maddə 652; No–9, maddə 841) aşağıdakı dəyişikliklər edilsin:
1. 188.1.3-cü maddədə “təkrar ixrac üçün nəzərdə tutulan mallar istisna edilməklə,” sözləri “ Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192-ci və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda”sözləri ilə əvəz edilsin.
2. 188.1.4-cü maddə ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2012-ci il
No– 527 - IVQD
Fayl şəklində yüklə

