"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 1, maddə 14; 2001, No– 11, maddə 669; 2002, No– 5, maddə 237; 2006, No– 6, maddə 478; 2007, No– 8, maddə 756, No– 11, maddə 1075; 2008, No–8, maddə 701, No– 10, maddə 886; 2009, No– 4, maddə 211, No– 7, maddə 519; 2010, No– 3, maddə 171) aşağıdakı dəyişikliklər edilsin:

1.1.  2-ci və 5-ci maddələrdən “və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin” sözləri çıxarılsın.

1.2.  10-cu maddənin “e” bəndi və 20-23-cü maddələr ləğv edilsin.

1.3.  18-ci maddə aşağıdakı redaksiyada verilsin:
“18. Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs (bundan sonra - “əcnəbi”) mehmanxanaya, sanatoriyaya, istirahət evinə, pansionata, kempinqə, turist bazasına, xəstəxanaya, digər belə ictimai yerə, mənzilə, başqa yaşayış sahəsinə gəldikdə həmin yerin müdiriyyəti və ya yaşayış sahəsinin sahibi (bundan sonra - “qəbul edən tərəf”) 3  gün ərzində əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi (6 saylı Əlavə) və həmin şəxsin pasportunun surətini poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.
Ərizə-anketin blankları müvafiq icra hakimiyyəti orqanından və ölkə üzrə bütün poçt şöbələrindən əldə edilir. Ərizə-anketin elektron forması müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilir.
Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbini olduğu yer üzrə qeydiyyata alır  və bu barədə 1 iş günüərzində qəbul edən tərəfə yazılıməlumat verir.
Əcnəbilər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:
-  viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə;
- viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə.
Əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.
Əcnəbilər olduğu yerdən getdikdə, qəbul edən tərəf bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılır. Qeydiyyat müddəti başa çatdıqda əcnəbilər  qeydiyyatdan çıxarılmış hesab edilir.
Əcnəbi olduğu yeri dəyişdikdə, o, bu maddədə nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır .”.

1.4.  23-1-ci və 23-2-ci maddələrdən ismin müvafiq hallarında verilmiş “və ya vətəndaşlığı olmayan şəxslər” və “və  ya vətəndaşlığı olmayan şəxs” sözləri çıxarılsın.

1.5.  6 saylı Əlavənin yeni redaksiyası təsdiq edilsin (əlavə olunur).

Maddə 2. Bu Qanun 2013-cü il aprelin 1-dən qüvvəyə minir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 5 mart 2013-cü il
No– 583-IVQD



Azərbaycan Respublikasının 2013-cü il
5 mart tarixli 583-IVQD nömrəliQanunu ilə təsdiq edilmişdir

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi haqqında Əsasnamə"yə 6 saylı Əlavə

Əcnəbinin və  ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə
qeydiyyata alınması haqqında

ƏRİZƏ-ANKET

Aşağıdakı məlumatları nəzərə alaraq, əcnəbinin və  ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını xahiş edirəm:

1. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs haqqında məlumatlar:

1.1. soyadı

1.2. adı

1.3. atasının adı

1.4. doğulduğu tarix (gün, ay, il)

1.5. cinsi

1.6. hansı ölkədən gəlmişdir

1.7. vətəndaşlıq mənsubiyyəti

1.8. pasportun nömrəsi və etibarlılıq müddəti

1.9. daimi yaşadığı ölkə

1.10. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu tarix (gün, ay, il)

1.11. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkədə müvəqqəti olma müddəti

1.11.1.  Viza əsasında:

vizanın etibarlılıq müddəti –

vizadakı qalma müddəti –

1.11.2.  Viza tələb olunmayan qaydada:

ölkədə qalacağı müddət –

2. Qəbul edən hüquqi və ya fiziki şəxs haqqında məlumatlar:

2.1. hüquqi şəxs olduqda – hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı:

2.2. fiziki şəxs olduqda – soyadı, adı və atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə) 

 

3. Qəbul edən tərəfin imzası

4. Qəbul edən tərəfin telefon nömrəsi

5. Ərizənin verildiyi tarix

 

 

 

 

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU