Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər  edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq    q ə r a r a   a l ı r :

Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən aşağıdakı dəyişikliklər edilsin:

1. Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Dadva, Digah, İsgəndərli, Seybətin kəndləri, Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Kosagül kəndi və  Təklə kənd inzibati ərazi dairəsi tərkibindəki Masallı qəsəbəsi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılsın.

2. Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Ərkivan qəsəbəsinin ərazisindən 245,72 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,72 ha və xüsusi mülkiyyətdə olan 240,0 ha), Şərəfə kənd inzibati ərazi dairəsi tərkibindəki Ağakişibəyli kəndinin  ərazisindən bələdiyyə mülkiyyətində olan 14,62 ha və Şərəfə kəndinin ərazisindən 248,0 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,0 ha və xüsusi mülkiyyətdə olan 243,0 ha), Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin  ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha), Sığdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Babakücə kəndinin  ərazisindən xüsusi mülkiyyətində olan 14,9 ha, Ninəlov kəndinin ərazisindən xüsusi mülkiyyətdə olan 9,2 ha və Sığdaş kəndinin ərazisindən 40,60 ha (bundan bələdiyyə mülkiyyətində olan 4,0 ha və xüsusi mülkiyyətdə olan 36,60 ha), Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Öncəqala kəndinin ərazisindən 29,49 ha (bundan dövlət mülkiyyətində olan 24,49 ha, bələdiyyə mülkiyyətində olan 3,0 ha və xüsusi mülkiyyətdə olan 2,0 ha), Qodman kənd inzibati ərazi dairəsi tərkibindəki Qodman kəndinin ərazisindən 41,33 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 40,33 ha) torpaq sahələri, habelə ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Dadva kəndinin 401,0 ha  təşkil edən ərazisi, Digah kəndinin 438,0 ha  təşkil edən ərazisi, İsgəndərli kəndinin 188,0 ha təşkil edən ərazisi, Seybətin kəndinin 312,0 ha  təşkil edən ərazisi və Kosagül kəndinin 160,03 ha (bundan bələdiyyə mülkiyyətində olan 94,0 ha və xüsusi mülkiyyətdə olan 66,03 ha) təşkil edən ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq, Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilsin.

3. Ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Masallı qəsəbəsinin dövlət mülkiyyətində olan 58,8 ha təşkil edən ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq, Təklə kənd inzibati ərazi dairəsi tərkibindəki Mollahəsənli kəndinin inzibati ərazisinə birləşdirilsin.

4. Öncəqala və Hüseynhacılı kəndləri Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Öncəqala kəndi olmaqla, Öncəqala kənd inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

5. Allahyarlı kəndi Yeyənkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibinə verilsin.


 

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 5 mart 2013-cü il
No– 590-IVQ

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU