"Azərbaycan Polisinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Ə S A S N A M Ə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 2013-cü il
19 aprel tarixli  611-IVQD nömrəli
Qanunu ilə təsdiq edilmişdir

“Azərbaycan Polisinin 95 illiyi (1918-2013)” Azərbaycan
Respublikasının yubiley medalı haqqında


Ə S A S N A M Ə

Maddə 1. Təltif edilən şəxslər

“Azərbaycan Polisinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalı ilə daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanları əməkdaşları, veteranları, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən və polis orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

“Azərbaycan Polisinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 3. Taxılma qaydası

“Azərbaycan Polisinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalıdöşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda,“Azərbaycan Polisinin 90 illiyi (1918-2008)” Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.

 


Azərbaycan Respublikasının 2013-cü il
19 aprel tarixli  611-IVQD nömrəli
Qanunu ilə təsdiq edilmişdir

“Azərbaycan Polisinin 95 illiyi (1918-2013)” Azərbaycan
Respublikasının yubiley medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Polisinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra-medal) ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

Medalın ön tərəfində iki dairə əks olunur. Birinci dairədə yuxarı qövs boyunca “AZƏRBAYCAN POLİSİNİN”, aşağı qövs boyunca “95 İLLİYİ” sözləri həkk olunmuş, ikinci dairədə daxili işlər orqanlarının emblemi və onun ətrafında dairə boyunca dəfnə yarpaqlarından çələng, yuxarı hissədə çələngin birləşdiyi yerdə aypara və səkkizguşəli ulduz, emblem ilə çələng arasında dairə boyunca mərkəzdən başlayan şüalar təsvir edilmişdir.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfi hamardır, üzərində “AZƏRBAYCAN POLİSİ”, “95 il”, “1918-2013” sözləri həkk olunmuşdur. “95 il” sözləri aşağı hissədən sünbüllərlə əhatələnmişdir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm × 43 mm ölçülü, düzbucaqlı metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhənin ön tərəfi iki hissədən ibarətdir. Üst hissə xara lentdə Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər şaquli zolaqlara bölünmüş, qırmızı rəngli zolağın kənarlarında şaquli istiqamətdə 1 mm enində ağ rəngli zolaq təsvir edilmişdir. Lövhənin alt hissəsinə eni 6 mm olan, üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmiş milli ornamentli təbəqə bərkidilir.
4.2. Medala eyni xara lentdən üz çəkilmiş, paltarın yaxasına bərkidilmək üçün elementi olan 27 mm × 9 mm ölçüdə qəlib əlavə olunur.

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU