Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş"Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan  Respublikasının 2001-ci il  29 iyun tarixli 168-IIQ  nömrəli Qanunu
ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının daxili işlər orqanlarında
xidmətkeçmə haqqında Əsasnamə”də  dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No–7, maddə 453, No–12, maddə 731; 2004, No–10, maddə 760; 2005, No–4, maddə 280, No–10, maddələr 871, 872; 2006, No–10, maddə 846, No–11, maddə 927; 2007, No–8, maddə 756, No–11, maddə 1073, 1081; 2008, No–3, maddə 155, No–10, maddə 882; 2009, No–2, maddə 48, No–6, maddə 399; 2010, No–3, maddə 171, No–4, maddə 273, No–12, maddə 1057; 2011, No–1, maddə 13, No–2, maddə 71) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 11-ci maddəsinə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:
“Bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə cavab verən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq müddətli müqavilə əsasında qəbul edilə bilərlər. Müddətli müqavilənin forması və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 19 aprel 2013-cü il
No– 613-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU