"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq   q ə r a r a   a l ı r :

Maddə 1. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, No– 18, maddə 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 3, maddə 142; 2002, No– 6, maddə 328; 2004, No– 7, maddə 505; 2006, No– 12, maddə 1033; 2007, No– 1, maddə 4; 2010, No– 5, maddə 386; 2011, No– 2, maddə 71, No– 12, maddə 1086; 2012, No– 2, maddə 62) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü maddə üzrə:
1.1.2. birinci hissədə “doğulduğu tarix,” sözlərindən sonra “doğulduğu yer,” sözləri əlavə edilsin;
1.1.3. ikinci hissənin dördüncü abzasından “doğulduğu yer,” sözləri çıxarılsın;

1.2. 4-cü maddədə “, doğum şəhadətnaməsi, fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları” sözləri “və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin;

1.3. 6-cı maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda müvafiq icra hakimiyyəti orqanı, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti çağırışçının (kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq hərbi xidmət başa çatanadək saxlamaq və sonra sahibinə qaytarmaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.”;

1.4. 7-ci maddənin birinci hissəsində “onu vermiş müvafiq dövlət orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanına” sözləri ilə əvəz edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

2.1. Bu Qanunun 1.1-ci və 1.2-ci maddələri 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
2.2. Bu Qanunun 1.3-cü və 1.4-cü maddələri dərc edildiyi gündən qüvvəyə minir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 19 aprel 2013-cü il
No– 617-IVQD

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU