Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin
verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”ni “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 282-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə    q ə r a r a   a l ı r :

Maddə 1. Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, No– 4, maddə 315; 2008, No– 3, maddə 158, No– 10, maddə 886) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”nin 2-ci maddəsində “şəxsiyyət vəsiqəsi” sözlərindən sonra “və müvafiq beynəlxalq müqavilə bağlanmış xarici dövlətlərdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” sözləri əlavə edilsin.

Maddə 2. Bu Qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 19 aprel 2013-cü il
No– 627-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU