"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)" Azərbaycan Respublikasının yubiley medalı haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 2013-cü il
30 aprel tarixli  631-IVQD nömrəli
Qanunu ilə təsdiq edilmişdir

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)”
Azərbaycan Respublikasının yubiley medalı haqqında

Ə S A S N A M Ə

Maddə 1. Təltif edilən şəxslər

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)” Azərbaycan Respublikasının yubiley medalı ilə 2013-cü il avqustun 23-dək Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğur qazanmış zabitlər, gizirlər, çavuşlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xidmətin fəaliyyətində fəal iştirak edən mülki işçilər və ya Xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış şəxslər, habelə Xidmətin fəaliyyəti ilə bağlı layiqli və fəal xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər silahlı birləşmələrinin hərbi qulluqçuları və digər şəxslər  təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)” Azərbaycan Respublikasının yubiley medalıilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslərmüvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)” Azərbaycan Respublikasının yubiley medalıdöşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda,“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.

 

Azərbaycan Respublikasının 2013-cü il
30 aprel tarixli   631-IVQD nömrəli
Qanunu ilə təsdiq edilmişdir


“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)”
Azərbaycan Respublikasının yubiley medalının təsviri

1. “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan milli ornamentli səkkizguşəli ulduzdan ibarətdir.

2. Relyefli şüalar fonunda, medalın mərkəzində yerləşdirilmiş gümüşü rəngli səkkizguşəli ulduzun orta hissəsində Azərbaycan Respublikasının Dövlət bayrağı təsvir edilmişdir. Qövs boyunca "Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri, aşağı hissədə “1993-2013” rəqəmləri həkk olunmuşdur.

3. Medalın arxa tərəfi hamar səthlidir, ortahissəsində “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)” sözləri, aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

4. Bütün yazılar və təsvirlər qabarıqdır.

5. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı tünd qırmızı rəngli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilmişdir. Xara lentin aşağı və yuxarı hissələrinə eni 5 mm olan qızılı təbəqə bərkidilmişdir.

6. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan,eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mmölçüdə qəlib əlavə edilir.

 

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU