Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No–4, II kitab, maddə 251, No–5, maddə 323, No–12, maddə 835; 2001, No–1, maddə 24, No–7, maddə 455; 2002, No–1, maddə 9, No–5, maddələr 236, 248, 258, No–6, maddə 326, No–8, maddə 465; 2003, No–6, maddələr 276, 279, No–8, maddələr 424, 425, No–12, I kitab, maddə 676; 2004, No–1, maddə 10, No–4, maddə 200, No–5, maddə 321, No–8, maddə 598, No–10, maddə 762, No– 11, maddə 900; 2005, No–1, maddə 3, No–6, maddə 462, No–7, maddə 575, No–10, maddə 904, No–11, maddə 994; 2006, No–2, maddələr 71, 72, 75, No–5, maddə 390, No–12, maddələr 1008, 1020, 1028; 2007, No–2, maddə 68, No–5, maddə 398, No–6, maddələr 560, 562, 579, No–8, maddə 757, No–10, maddələr 937, 941, No–11, maddələr 1049, 1080, 1090, No–12, maddə 1221; 2008, No–6, maddələr 454, 461, No–7, maddə 602, No–10, maddə 884, No–12, maddələr 1047, 1049; 2009, No–5, maddə 315, No–7, maddə 517, No–12, maddə 953; 2010, No–2, maddə 70, No–3, maddələr 171, 178, No–4, maddələr 275, 276, No–7, maddə 591; 2011, No–4, maddə 253, No–6, maddə 472, No–7, maddələr 587, 601, 621, No–11, maddə 980, No–12, maddə 1093; 2012, No–2, maddə 45, No–3, maddələr 193, 196, No–7, maddələr 666, 669, 673, No–11, maddə 1068, No–12, maddə 1223; 2013, No–1, maddə 14; Azərbaycan Respublikasının 2012-ci il 28 dekabr tarixli 541-IVQD nömrəli Qanunu) aşağıdakı məzmunda 177.2.3-1-ci və 177.2.3-2-ci maddələr əlavə edilsin:
“177.2.3-1. elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə;
177.2.3-2. neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə,
elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 aprel 2013-cü il
No– 633-IVQD
Fayl şəklində yüklə

