Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 4, II kitab, maddə 251, No– 5, maddə 323, No– 12, maddə 835; 2001, No– 1, maddə 24, No– 7, maddə 455; 2002, No– 1, maddə 9, No– 5, maddələr 236, 248, 258, No– 6, maddə 326, No– 8, maddə 465; 2003, No– 6, maddələr 276, 279, No– 8, maddələr 424, 425, No– 12, I kitab, maddə 676; 2004, No– 1, maddə 10, No– 4, maddə 200, No– 5, maddə 321, No– 8, maddə 598, No– 10, maddə 762, No– 11, maddə 900; 2005, No– 1, maddə 3, No– 6, maddə 462, No– 7, maddə 575, No– 10, maddə 904, No– 11, maddə 994; 2006, No– 2, maddələr 71, 72, 75, No– 5, maddə 390, No– 12, maddələr 1008, 1020, 1028; 2007, No– 2, maddə 68, No– 5, maddə 398,  No– 6, maddələr 560, 562, 579, No– 8, maddə 757, No– 10, maddələr 937, 941, No– 11, maddələr 1049, 1080, 1090, No– 12, maddə 1221; 2008, No– 6, maddələr 454, 461,  No– 7, maddə 602, No– 10, maddə 884, No– 12, maddələr 1047, 1049; 2009, No– 5, maddə 315, No– 7, maddə 517, No– 12, maddə 953; 2010, No– 2, maddə 70, No– 3, maddələr 171, 178, No– 4, maddələr 275, 276, No– 7, maddə 591; 2011, No– 4, maddə 253, No– 6, maddə 472, No– 7, maddələr 587, 601, 621, No– 11, maddə 980; No– 12, maddə 1093; 2012, No– 2, maddə 45, No– 3, maddələr 193, 196, No– 7, maddələr 666, 669, 673, No– 11, maddə 1068; Azərbaycan Respublikasının 2012-ci il   11 dekabr tarixli 493-IVQD və 495-IVQD nömrəli, 28 dekabr tarixli 541-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. Məcəlləyə aşağıdakı məzmunda 205-2-ci maddə əlavə edilsin:

“Maddə 205-2. Nəzarət markalarının qəsdən məhv edilməsi,  saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı

205-2.1. Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşdursa –
üç min manat miqdarında cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlərlə cəzalandırılır.
205-2.2. Eyni əməllər:
205-2.2.1. təkrar törədildikdə;
205-2.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
205-2.2.3. külli miqdarda ziyan vurduqda –
yeddi min manat miqdarında cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;
2. 190-cı maddənin qeyd hissəsində “202-205,” rəqəmlərindən sonra “205-2,” rəqəmləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 aprel 2013-cü il
No– 635-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU