"Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbərtutaraq, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununu“Əqli mülkiyyət hüquqlarının təminatı vəpiratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununauyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 3, maddə 167; 2001, No– 11, maddə 691; 2002, No– 12, maddə 706; 2004, No– 3, maddə 133; 2005, No– 8, maddə 684; 2008, No– 2, maddə 49, No– 5, maddə 342; 2010, No– 11, maddə 937) 4-cü maddəsində “pirat məhsul” anlayışı aşağıdakı redaksiyada verilsin:
“pirat məhsul”-hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan əsər və fonoqram nüsxləri;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 aprel 2013-cü il
No– 636-IVQD
Fayl şəklində yüklə

