Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No–4, II kitab, maddə 251, No–5, maddə 323, No–12, maddə 835; 2001, No–1, maddə 24, No–7, maddə 455; 2002, No–1, maddə 9, No–5, maddələr 236, 248, 258, No–6, maddə 326, No–8, maddə 465; 2003, No–6, maddələr 276, 279, No–8, maddələr 424, 425, No–12, I kitab, maddə 676; 2004, No–1, maddə 10, No–4, maddə 200, No–5, maddə 321, No–8, maddə 598, No–10, maddə 762, No– 11, maddə 900; 2005, No–1, maddə 3, No–6, maddə 462, No–7, maddə 575, No–10, maddə 904, No–11, maddə 994; 2006, No–2, maddələr 71, 72, 75, No–5, maddə 390, No–12, maddələr 1008, 1020, 1028; 2007, No–2, maddə 68, No–5, maddə 398, No–6, maddələr 560, 562, 579, No–8, maddə 757, No–10, maddələr 937, 941, No–11, maddələr 1049, 1080, 1090, No–12, maddə 1221; 2008, No–6, maddələr 454, 461, No–7, maddə 602, No–10, maddə 884, No–12, maddələr 1047, 1049; 2009, No–5, maddə 315, No–7, maddə 517, No–12, maddə 953; 2010, No–2, maddə 70, No–3, maddələr 171, 178, No–4, maddələr 275, 276, No–7, maddə 591; 2011, No–4, maddə 253, No–6, maddə 472, No–7, maddələr 587, 601, 621, No–11, maddə 980, No–12, maddə 1093; 2012, No–2, maddə 45, No–3, maddələr 193, 196, No–7, maddələr 666, 669, 673, No–11, maddə 1068, No–12, maddə 1223; 2013, No–1, maddə 14; Azərbaycan Respublikasının 2012-ci il 28 dekabr tarixli 541-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 141.2-ci maddənin sanksiyasında “yüz səksən saatdan iki yüz” sözləri “üç yüz altmış saatdan dördyüz” sözləri ilə əvəz edilsin.
2. 147.1-ci, 148-ci, 156.1-ci, 157.1-ci və 316-1.1-ci maddələrin sanksiyalarında “iki yüz qırx” sözləri “iki yüz qırx saatdan dördyüz səksən” sözləri ilə əvəz edilsin.
3. 158.1-ci, 177.1-ci, 178.1-ci, 179.1-ci, 184.1-ci, 187.1-ci, 200.1-ci, 299.1-ci, 303.1-ci və 322.1-ci maddələrin sanksiyalarında “yüz səksən saatdan iki yüz qırx” sözləri “üç yüz altmış saatdan dörd yüz səksən” sözləri ilə əvəz edilsin.
4. 159.1-ci, 160.1-ci və 286.2-ci maddələrin sanksiyalarında “yüz əlli saatdan iki yüz qırx” sözləri “üç yüz saat dan dörd yüz səksən” sözləri ilə əvəz edilsin.
5. 159.2-ci, 159.3-cü, 159-1.1-ci, 159-1.2-ci və 244.1-ci maddələrin sanksiyalarında “iki yüz saatdan iki yüz qırx” sözləri “dörd yüz saatdan dördyüz səksən” sözləri ilə əvəz edilsin.
6. 165.1-ci, 165-1.1-ci, 165-2.1-ci, 165-3.1-ci, 166.1-ci, 167-ci, 175-ci, 243.1-ci və 306.1-ci maddələrin sanksiyalarında “yüz altmış saatdan iki yüz qırx” sözləri “üç yüz iyirmi saatdan dörd yüz səksən” sözləri ilə əvəz edilsin.
7. 188-ci və 310-cu maddələrin sanksiyalarında “iki yüz” sözləri “iki yüz qırx saatdan dörd yüz” sözləri ilə əvəz edilsin.
8. 189.1-ci maddənin sanksiyasında “yüz saatdan” sözləri “iki yüz qırx saatdan üç yüz saatadək” sözləri ilə əvəz edilsin.
9. 203.1-ci maddənin sanksiyasında “yüz əlli saatdan iki yüz” sözləri “üç yüz saatdan dörd yüz” sözləri ilə əvəz edilsin.
10. 221.1-ci, 228.4-cü, 229.4-cü, 289.1-ci, 296.1-ci və 297.1-ci maddələrin sanksiyalarında “yüz altmış saatdan iki yüz” sözləri “üç yüz iyirmi saatdan dörd yüz” sözləri ilə əvəz edilsin.
11. 256.1-ci və 258.1-ci maddələrin sanksiyalarında “yüz altmış” sözləri “iki yüz qırx saatdan üç yüz iyirmi” sözləri ilə əvəz edilsin.
12. 298-ci maddənin sanksiyasında “yüz iyirmi saatdan yüz səksən” sözləri “iki yüz qırx saatdan üç yüz altmış” sözləri ilə əvəz edilsin.
13. 314.1-ci maddənin sanksiyasında “iki yüz otuz” sözləri “iki yüz qırx saatdan dörd yüz altmış” sözləri ilə əvəz edilsin.
14. 320.2-ci maddənin sanksiyasında “səksən” sözü “iki yüz qırx saatdan üç yüz” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 aprel 2013-cü il
No– 640-IVQD
Fayl şəklində yüklə

