"Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında" Konvensiyaya (CITES) və həmin Konvensiyanın iştirakçı dövlətlərinin "Nərə balıqlarının qorunmasına dair" Qətnaməsinə qoşulmaq barədə" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

"Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında" Konvensiyaya (CITES) və həmin Konvensiyanın iştirakçı dövlətlərinin "Nərə balıqlarının qorunmasına dair" Qətnaməsinə qoşulmaq barədə" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

I. "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında" Konvensiyanın iştirakçısı olan dövlətlərin 2002-ci il noyabrın 3-15-də Santyaqo şəhərində keçirilmiş 12-ci konfransında qəbul olunmuş "Nərə balıqlarının və avarburunların qorunmasına və onlarla ticarətə dair" 12.7 nömrəli Qətnamə ilə "Nərə balıqlarının qorunmasına dair" 10.12 nömrəli Qətnamənin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında" Konvensiyaya (CITES) və həmin Konvensiyanın iştirakçı dövlətlərinin "Nərə balıqlarının qorunmasına dair" Qətnaməsinə qoşulmaq barədə" Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

1. Qanunun adından "və həmin Konvensiyanın iştirakçı dövlətlərinin "Nərə balıqlarının qorunmasına dair" Qətnaməsinə" sözləri çıxarılsın.
2. 1-ci maddədən "və həmin Konvensiyanın iştirakçı dövlətlərinin 1997-ci il iyunun 9-20-də Harare şəhərində keçirilən 10-cu konfransında qəbul olunmuş "Nərə balıqlarının qorunmasına dair" 10.12 nömrəli Qətnaməsinə" sözləri çıxarılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 may 2005-ci il

No– 912-IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU