"Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişə düzəlişlərin təsdiq edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişə düzəlişlərin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq  q ə r a r a   a l ı r :

“Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişə Qara Dəniz Ticarət və İnkişaf Bankının Müdirlər Şurasının 2011-ci il 19 iyun tarixli 131 nömrəli Qətnaməsi ilə qəbul edilmiş düzəlişlər təsdiq edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 may 2013-cü il
No– 647-IVQ

                             

 

 

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU