"Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın və onun tərkib hissəsi hesab edilən Protokolun təsdiq edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın
aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun tərkib hissəsi hesab
edilən Protokolun təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq  q ə r a r a   a l ı r :

“Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” 2013-cü il martın 12-də Setinye şəhərində imzalanmış Konvensiya və onun tərkib hissəsi hesab edilən Protokol təsdiq edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 24 may 2013-cü il
No– 653-IVQ

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU