Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında "Samur-Abşeron suvarma (Vəlvələçay-Taxtakörpü kanalı) layihəsinin maliyyələşdirilməsində iştirak haqqında" Kredit Sazişinin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında "Samur-Abşeron suvarma (Vəlvələçay-Taxtakörpü kanalı) layihəsinin maliyyələşdirilməsində iştirak haqqında" Kredit Sazişinin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında "Samur-Abşeron suvarma (Vəlvələçay-Taxtakörpü kanalı) layihəsinin maliyyələşdirilməsində iştirak haqqında" 2005-ci il martın 10-da Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində imzalanmış Kredit Sazişi təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2005-ci il
No– 920-IIQ
