"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq   q ə r a r a   a l ı r :

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 8,   maddə 603; 2006, No– 6, maddə 482; 2007, No– 8, maddə 745; 2008, No– 3, maddə 154; 2009, No– 12, maddə 948; 2011, No– 11, maddə 983; 2012, No– 6, maddə 509, No– 12, maddə 1053) 7-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
 
1.1. adına “texniki göstəriciləri” sözlərindən sonra “və ünvanı” sözləri əlavə edilsin;
1.2. birinci hissənin əvvəlinə “7.1.” rəqəmləri əlavə edilsin;
1.3. aşağıdakı məzmunda 7.2-ci maddə əlavə edilsin:
“7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 31 may 2013-cü il
No– 675-IVQD

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU