Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş"Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli
541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş
“Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”də
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutara q ə r a r a a l ı r :
Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, No– 3, maddə 157,No– 10, maddə 886) ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin6-cı maddəsində “qəbz” sözü “sənəd” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyun 2013-cü il
No– 700-IVQD
Fayl şəklində yüklə

