"İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 3, maddə 114; 2003, No– 6, maddə 277; 2004, No– 8, maddə 598, No– 11, maddə 901, No– 12, maddə 973; 2007, No– 1, maddə 3, No– 6, maddə 562, No– 11, maddə 1053; 2008, No– 6, maddə 462, No– 7, maddə 602; 2009, No– 12, maddə 952; 2010, No– 2, maddə 75, No– 7, maddə 591; 2011, No– 6, maddə 482, No– 7, maddə 618; 2012, No– 11, maddə 1052; Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 665-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 23.7-ci, 27.9-cu və 70.4-cü maddələrdə “10” rəqəmləri “30” rəqəmləri ilə əvəz edilsin.
2. 81.4-cü maddə (ikinci halda) 81.5-ci maddə hesab edilsin və həmin maddədə “həmin qərarın surətini aldıqdan sonra 10” sözləri “bu Qanunun 81.4-cü maddəsində nəzərdə tutulmuş qərarın surətini aldıqdan sonra 30” sözləri ilə əvəz edilsin.
3. 87.1-ci maddənin ikinci cümləsində “İcra” sözü “Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 21 iyun 2013-cü il
No– 695-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU