Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində
dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 1, maddə 17, No– 5, maddə 323; 2002, No– 5, maddə 236; 2003, No– 1, maddələr 23, 24, No– 6, maddə 279; 2004, No– 7, maddə 505, No– 8, maddə 598, No– 10, maddə 761; 2005, No– 4, maddələr 277, 278; 2006, No– 2, maddə 64, No– 12, maddə 1006; 2007, No– 1, maddələr 3, 4, No– 2, maddə 68, No– 5, maddə 439, No– 6, maddə 560, No– 7, maddə 712, No– 8, maddə 756; 2008, No– 6, maddə 462, No– 7, maddə 602, No– 12, maddə 1046; 2009, No– 6, maddə 402; 2010, No– 2, maddə 75, No– 4, maddə 276; 2011, No– 6, maddələr 471, 476, No– 7, maddələr 583, 619, No– 12, maddələr 1096, 1105; 2012, N5, maddə 411, N6, maddə 511) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 108.1.3-1-ci maddə əlavə edilsin:
“108.1.3-1. məhkəmə əmri haqqında ərizələr verildikdə;”;

2. 109-cu və 272.2-ci maddələr ləğv edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 31 may 2013-cü il
No– 677-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU