"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 9, maddə 564; 2001, No– 5, maddə 298, No– 11, maddələr 676, 698; 2002, No– 1, maddə 9, No– 8, maddə 463; 2003, No– 8, maddə 424; 2004, No– 2, maddə 57, No– 11, maddə 901; 2005, No– 4, maddə 277, No– 10, maddə 874, No– 11, maddə 993; 2006, No– 12, maddə 1027; 2007, No– 6, maddə 560, No– 11, maddələr 1053, 1091; 2008, No– 2, maddə 49, No– 6, maddələr 453, 463, No– 7, maddə 602; 2009, No– 2, maddə 47, No– 4, maddə 210, No– 12, maddə 948; 2010, No– 7, maddə 598; 2011, No– 2, maddə 71, No– 4, maddə 255, No– 6, maddə 469, No– 12, maddə 1097; 2012, No– 5, maddə 402, No– 7, maddə 671; 2013, No– 4, maddələr 362, 363) aşağıdakı dəyişikliklər edilsin:
1. 27-ci maddə üzrə:
1.1. IV-I hissənin 5-ci bəndinə “plastik kart” sözlərindən sonra “, elektron ödəmə sistemləri” sözləri əlavə edilsin;
1.2. VI hissənin 4-cü bəndində və VIII hissənin ikinci cümləsində “qəbz” sözü “sənəd” sözü ilə əvəz edilsin;
1.3. XII hissənin 3-cü bəndində “qəbzi” sözü “sənədi” sözü ilə əvəz edilsin;
2. 30-cu maddə üzrə:
2.1. VI-I hissənin 4-cü bəndinə “plastik kart” sözlərindən sonra “, elektron ödəmə sistemləri” sözləri əlavə edilsin;
2.2. VII hissənin 4-cü bəndində “qəbzi” sözü “sənədi” sözü ilə əvəz edilsin;
3. 35-ci maddə üzrə:
3.1. II hissənin 4-cü bəndində “qəbzi” sözü “sənədi” sözü ilə əvəz edilsin;
3.2. IV-I hissənin 1-ci bəndinə “plastik kart” sözlərindən sonra “, elektron ödəmə sistemləri” sözləri əlavə edilsin;
3.3. VIII hissənin 3-cü bəndində “qəbz” sözü “sənəd” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyun 2013-cü il
No– 703-IVQD
Fayl şəklində yüklə

