"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, No– 18, maddə 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 3, maddə 142; 2002, No– 6, maddə 328; 2004, No– 7, maddə 505; 2006, No– 12, maddə 1033; 2007, No– 1, maddə 4; 2010, No– 5, maddə 386; 2011, No– 2, maddə 71, No– 12, maddə 1086; 2012, No– 2, maddə 62; Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 617-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü maddənin birinci hissəsinin birinci cümləsində “qəbz” sözü “sənəd” sözü ilə əvəz edilsin.

2. 6-cı maddənin ikinci hissəsində “həbsəalma qəti-imkan tədbiri” sözləri “həbs və ona alternativ qətimkan tədbirləri” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 21 iyun 2013-cü il
No– 704-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU