"Ekstradisiya haqqında" Avropa Konvensiyasının Üçüncü Əlavə Protokoluna qoşulmaq barədə

Qanunlar      Paylaşın:        

“Ekstradisiya haqqında” Avropa Konvensiyasının Üçüncü Əlavə Protokoluna qoşulmaq barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının  95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq  q ə r a r a   a l ı r :

Azərbaycan Respublikası “Ekstradisiya haqqında” Avropa Konvensiyasının   2010-cu il noyabrın 10-da Strasburq şəhərində imzalanmış Üçüncü Əlavə Protokoluna Azərbaycan Respublikasının ona dair bəyanatları ilə (bəyanatların mətni   əlavə olunur) qoşulsun.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 sentyabr 2013-cü il
No– 716-IVQ

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU