Azərbaycan Respublikası Hökuməti və Abu-Dabi Inkişaf Fondu arasında "Bakı dairəvi avtomobil yolu" layihəsinin maliyyələşdirilməsinə dair" Borc Sazişinin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikası Hökuməti və

Abu-Dabi İnkişaf Fondu arasında "Bakı dairəvi

avtomobil yolu" layihəsinin maliyyələşdirilməsinə

dair" Borc Sazişinin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

 

I. Azərbaycan Respublikası Hökuməti və Abu-Dabi İnkişaf Fondu arasında "Bakı dairəvi avtomobil yolu" layihəsinin maliyyələşdirilməsinə dair" 2004-cü il martın 22-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində imzalanmış Borc Sazişi təsdiq edilsin.

 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 iyun 2004-cü il

№ 699-IIQ

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU