"Təbii inhisarlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununda  dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 26-cı bəndini rəhbər tutaraq, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 12 dekabr tarixli 509-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununda(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No–3, maddə 155; 2006, No–12, maddə 1005; 2007, No–11, maddə 1053; 2008, No–6, maddə 462) aşağıdakı dəyişikliklər edilsin:
1.5-ci maddəyə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:
“3. Təbii inhisar subyektlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;
2. 9-cu maddənin birinci hissəsinin ikinci bəndində “dövlət reyestrini aparmaq” sözləri “siyahısının müəyyən edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 22 oktyabr 2013-cü il
No– 766-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU