"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 582-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 9, maddə 564; 2001, No– 5, maddə 298, No– 11, maddələr 676, 698; 2002, No– 1, maddə 9, No– 8, maddə 463; 2003, No– 8, maddə 424; 2004, No– 2, maddə 57, No– 11, maddə 901; 2005, No– 4, maddə 277, No– 10, maddə 874, No– 11, maddə 993; 2006, No– 12, maddə 1027; 2007, No– 6, maddə 560, No– 11, maddələr 1053, 1091; 2008, No– 2, maddə 49, No– 6, maddələr 453, 463, No– 7, maddə 602; 2009, No– 2, maddə 47, No– 4, maddə 210, No– 12, maddə 948; 2010, No– 7, maddə 598; 2011, No– 2, maddə 71, No– 4, maddə 255, No– 6, maddə 469, No– 12, maddə 1097; 2012, No– 5, maddə 402, No– 7, maddə 671; 2013, No– 4, maddələr 362, 363, No– 7, maddə 795) 27-ci maddəsinin VI hissəsinin 2-ci bəndində və XII hissəsinin 2-ci bəndində, 35-ci maddəsinin II hissəsinin 1-ci bəndində və VIII hissəsinin 1-ci bəndində “qeydiyyata alınması haqqında vəsiqə” sözləri “şəxsiyyətini təsdiq edən sənəd” sözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 22 oktyabr 2013-cü il
No– 783-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU