"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, No–7, maddə 599; 2010, No–4, maddə 276, No–10, maddə 841) 14.2.5-ci maddəsində “texniki baxışdan” sözlərindən əvvəl “qanunla müəyyən edilmiş hallarda” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2013-cü il
No– 787-IVQD
Fayl şəklində yüklə

