"Toxumçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 24-cü bəndini rəhbər tutaraq, “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 1 fevral tarixli 549-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi iləqərara alır:

“Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No–5, maddə 354; 2001, No–12, maddə 736; 2002, No–5, maddə 241; 2003, No–1, maddə 7; 2005, No–11, maddə 997; 2007, No– 3, maddə 205, No–5, maddə 398; 2008, No– 2, maddə 49) 27-ci maddəsinin ikinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. ikinci cümlədə “icazə verilmir” sözləri “yalnız “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində nəzərdə tutulmuş qaydada yol verilir” sözləri ilə əvəz edilsin;

2. üçüncü cümlə çıxarılsın.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 22 oktyabr 2013-cü il
No– 774-IVQD

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU