"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 6, maddə 497; 1999, No– 5, maddə 285; 2001, No– 3, maddələr 141, 142, 143, 144, No– 11, maddələr 672, 687, 693; 2002, No– 5, maddələr 240, 244, No– 6, maddə 328; 2003,     No– 6, maddə 256; 2004, No– 4, maddə 199, No– 6, maddə 396, No– 7, maddə 507; 2006, No– 2, maddə 66, No– 12, maddə 1028; 2007, No– 6, maddə 560, No– 11, maddə 1052,    No– 12, maddə 1197; 2008, No– 7, maddə 602; 2009, No– 2, maddə 46, No– 12, maddə 949; 2010, No– 11, maddə 962; 2011, No– 2, maddələr 70, 71, No– 7, maddə 616; 2012, No– 6, maddə 510) 56-cı maddəsinə aşağıdakı məzmunda altıncı hissə və “Qeyd” hissəsi əlavə edilsin:

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanının vahid sisteminə daxil olan qurumlarda çalışan işçilərinin aylıq vəzifə (tarif) maaşlarına əlavənin verilməsi üçün həmin orqanın hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qeyd:

1. Bu maddənin altıncı hissəsində “müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələr” dedikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılan və həmin orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələr başa düşülür.

2. Bu maddənin altıncı hissəsində nəzərdə tutulmuş “vəzifə (tarif) maaşlarına əlavə” verilən işçilərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 oktyabr 2013-cü il
No– 790-IVQD

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU