"Azərbaycan Respublikasının "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli 97-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikasının “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin
və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli
97-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq  q ə r a r a   a l ı r :

“Azərbaycan Respublikasının “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli 97-IIIQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, No– 4, maddə 317) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qanunla təsdiq edilmiş “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının təsviri”ndə:
1.1. dördüncü hissədə “həkk olunmuşdur” sözlərindən əvvəl “, medalın seriyası və nömrəsi” sözləri əlavə edilsin;
1.2. beşinci hissə aşağıdakı redaksiyada verilsin:
“Medal paltara bərkidilmək üçün elementi olan, 37mm x 50mm ölçüdə qırmızı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilmişdir. Xara lentin üzərində kənarları boyunca şaquli istiqamətdə eni 2 mm olan, 1-ci və 2-ci dərəcəli medal üçün sarı, 3-cü dərəcəli medal üçün isə boz rəngli, ortada şaquli istiqamətdə 1-ci dərəcəli medal üçün eni 2 mm olan bir, 2-ci dərəcəli medal üçün eni və bir-biri ilə arası 2 mm olan iki, 3-cü dərəcəli medal üçün eni və bir-biri ilə arası 2 mm olan üç zolaq təsvir edilmişdir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçüdə, aşağı hissəsinə aypara və səkkizguşəli ulduz yerləşdirilmiş, eni kənarlarda 5 mm, mərkəzdə 15 mm ölçüdə olan çevrilmiş trapesiya formalı təbəqə bərkidilir.”;
1.3. altıncı hissədə “20 mm x 10 mm” sözləri “37 mm x 10 mm” sözləri ilə əvəz edilsin.

2. Həmin Qanuna əlavə edilmiş “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının eskizləri bu Qanuna əlavə olunmuş “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının 1-ci, 2-ci və 3-cü dərəcələr üzrə yeni eskizləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 sentyabr 2013-cü il
No– 737-IVQD
       

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU