"Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə", "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar " Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə”, “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Miqrasiya
orqanlarında qüsursuz qulluğa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan
Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanununda
dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq   q ə r a r a   a l ı r :

“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə”, “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, No– 11, maddə 1061) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qanunla təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri”ndə:
1.1. 4-cü hissənin üçüncü cümləsində “nömrəsi, nömrədən” sözləri “seriyası və nömrəsi, onlardan” sözləri ilə əvəz edilsin, “həmin sözlər və medalın” sözlərindən sonra “seriyası və” sözləri əlavə olunsun;
1.2. 5-ci hissədə:
1.2.1. birinci cümlədə “27 mm x 43 mm” sözləri “37 mm x 50 mm” sözləri ilə əvəz edilsin;
1.2.2. üçüncü cümlədə “4 mm” sözləri “5 mm” sözləri ilə əvəz edilsin;
1.3. 6-cı hissədə “27 mm x 9 mm” sözləri “37 mm x 10 mm” sözləri ilə əvəz edilsin.
2. Həmin Qanunla təsdiq edilmiş “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsviri”ndə:

2.1. 4-cü hissənin üçüncü cümləsində “nömrəsi, nömrədən” sözləri “seriyası və nömrəsi, onlardan” sözləri ilə əvəz edilsin, “həmin sözlər və medalın” sözlərindən sonra “seriyası və” sözləri əlavə olunsun;
2.2. 5-ci hissədə:
2.2.1. birinci cümlədə “27 mm x 43 mm” sözləri “37 mm x 50 mm” sözləri ilə əvəz edilsin;
2.2.2. üçüncü cümlədə “4 mm” sözləri “5 mm” sözləri ilə əvəz edilsin;
2.3. 6-cı hissədə “27 mm x 9 mm” sözləri “37 mm x 10 mm” sözləri ilə əvəz edilsin.

3. Həmin Qanunla təsdiq edilmiş “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” 1-ci dərəcəli Azərbaycan Respublikası medalının təsviri”ndə:
3.1. 4-cü hissənin üçüncü cümləsində “nömrəsi, nömrədən” sözləri “seriyası və nömrəsi, onlardan” sözləri ilə əvəz edilsin, “həmin sözlər və medalın” sözlərindən sonra “seriyası və” sözləri əlavə olunsun;
3.2. 5-ci hissədə:
3.2.1. birinci cümlədə “27 mm x 47,5 mm” sözləri “37 mm x 50 mm” sözləri ilə əvəz edilsin;
3.2.2. üçüncü cümlədə “4 mm” sözləri “5 mm” sözləri ilə əvəz edilsin;
3.3. 6-cı hissədə “27 mm x 9 mm” sözləri “37 mm x 10 mm” sözləri ilə əvəz edilsin.

4. Həmin Qanunla təsdiq edilmiş “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” 2-ci dərəcəli Azərbaycan Respublikası medalının təsviri”ndə:
4.1. 4-cü hissənin üçüncü cümləsində “nömrəsi, nömrədən” sözləri “seriyası və nömrəsi, onlardan” sözləri ilə əvəz edilsin, “həmin sözlər və medalın” sözlərindən sonra “seriyası və” sözləri əlavə olunsun;
4.2. 5-ci hissədə:
4.2.1. birinci cümlədə “27 mm x 47,5 mm” sözləri “37 mm x 50 mm” sözləri ilə əvəz edilsin;
4.2.2. üçüncü cümlədə “eni 4 mm olan gümüşü təbəqə, həmin təbəqənin mərkəzi boyunca eni 1,5 mm olan hamar qızılı” sözləri “eni 5 mm olan hamar gümüşü” sözləri ilə əvəz edilsin;
4.2.3. dördüncü cümlədən “və həmin təbəqənin mərkəzi boyunca eni 5 mm olan hamar qızılı təbəqə” sözləri çıxarılsın;
4.3. 6-cı hissədə “27 mm x 9 mm” sözləri “37 mm x 10 mm” sözləri ilə əvəz edilsin.

5. Həmin Qanunla təsdiq edilmiş “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” 3-cü dərəcəli Azərbaycan Respublikası medalının təsviri”ndə:
5.1. 4-cü hissənin üçüncü cümləsində “nömrəsi, nömrədən” sözləri “seriyası və nömrəsi, onlardan” sözləri ilə əvəz edilsin, “həmin sözlər və medalın” sözlərindən sonra “seriyası və” sözləri əlavə olunsun;
5.2. 5-ci hissədə:
5.2.1. birinci cümlədə “27 mm x 47,5 mm” sözləri “37 mm x 50 mm” sözləri ilə əvəz edilsin;
5.2.2. üçüncü cümlədə “4 mm” sözləri “5 mm” sözləri ilə əvəz edilsin;
5.3. 6-cı hissədə “27 mm x 9 mm” sözləri “37 mm x 10 mm” sözləri ilə əvəz edilsin.

6. Həmin Qanuna əlavə edilmiş “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə”, “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” 1-ci dərəcəli, “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” 2-ci dərəcəli və “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” 3-cü dərəcəli Azərbaycan Respublikası medallarının eskizləri bu Qanuna əlavə olunmuş yeni eskizləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 sentyabr 2013-cü il
No– 742-IVQD
             

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU