"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 24-cü bəndini rəhbər tutaraq, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 1 fevral tarixli 549-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi iləqərara alır:
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 1, maddə 8; 2001, No– 12, maddə 736; 2003, No– 1, maddə 7; 2004, No– 1, maddə 6; 2007, No– 6, maddə 560; 2009, No– 2, maddələr 49, 55;2011, No– 4, maddə 257) aşağıdakı dəyişikliklər edilsin:
1. 7-ci maddənin beşinci hissəsinə “maddələr” sözündən sonra “və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materialları” sözləriəlavə edilsin;
2. 9-cu maddənin beşinci hissəsinə “preparatların” sözündən sonra “,habelə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2013-cü il
No– 775-IVQD
Fayl şəklində yüklə

