"Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 327-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikasının “Hərbi xidmətdə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 327-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq  q ə r a r a   a l ı r :
         
“Azərbaycan Respublikasının “Hərbi xidmətdə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 327-IIQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 5, maddə 253) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qanunla təsdiq edilmiş “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medalın təsviri”ndə:
1.1. birinci hissədə “35 mm girdə” sözləri “36 mm olan” sözləri ilə əvəz edilsin;
1.2. beşinci hissədə “səthlidir” sözündən sonra “, ortasında medalın seriyası və nömrəsi həkk olunmuşdur” sözləri əlavə edilsin;
1.3. altıncı hissədə:
1.3.1. birinci cümlədə “27 mm x 43 mm” sözləri “37 mm x 50 mm” sözləri ilə əvəz edilsin;
1.3.2. hissəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
“Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü, medalın 1-ci dərəcəsi üçün qızılı, 2-ci və 3-cü dərəcəsi üçün gümüşü rəngli təbəqə bərkidilir.”;
1.4. yeddinci hissədə “27 mm x 9 mm” sözləri “37 mm x 10 mm” sözləri ilə əvəz edilsin.

2. Həmin Qanuna əlavə edilmiş “Hərbi xidmətdə fərqlənməyə görə” medalının eskizi bu Qanuna əlavə olunmuş “Hərbi xidmətdə fərqlənməyə görə” medalının 1-ci, 2-ci və 3-cü dərəcələr üzrə eskizləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 sentyabr 2013-cü il
No– 732-IVQD
    

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU