"Azərbaycan Respublikasının "Qüsursuz xidmətə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 330-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikasının 2002-ci il 17 may tarixli 330-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq  q ə r a r a   a l ı r :

“Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 330-IIQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 5, maddə 256; 2008, No– 11, maddə 955) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qanunla təsdiq edilmiş “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medalının təsviri”ndə:
1.1. birinci hissədə “milli” sözündən əvvəl “mərkəzində aypara və səkkizguşəli ulduz olan” sözləri əlavə edilsin, “35 mm girdə” sözləri “36 mm ölçülü” sözləri ilə əvəz edilsin;
1.2. beşinci hissənin birinci cümləsində “səthlidir,” sözündən sonra “medalın seriyası və nömrəsi qeyd olunmaqla,” sözləri əlavə edilsin;
1.3. altıncı hissədə:
1.3.1. birinci cümlədə “27 mm x 43 mm” sözləri “37 mm x 50 mm” sözləri ilə əvəz edilsin;
1.3.2. hissəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
“Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü, medalın 1-ci və 2-ci dərəcəsi üçün qızılı, 3-cü dərəcəsi üçün gümüşü rəngli, eni 4 mm olan təbəqə bərkidilir.”;
1.4. yeddinci hissədə “27 mm x 9 mm” sözləri “37 mm x 10 mm” sözləri ilə əvəz edilsin.

2. Həmin Qanuna əlavə edilmiş “Qüsursuz xidmətə görə” medalının eskizi bu Qanuna əlavə olunmuş “Qüsursuz xidmətə görə” medalının 1-ci, 2-ci və 3-cü dərəcələr üzrə yeni eskizləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 sentyabr 2013-cü il
No– 735-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU