"Azərbaycan Respublikasının "Polis veteranı" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli 98-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikasının “Polis veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikasının 2006-cı il 21 aprel tarixli 98-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq  q ə r a r a   a l ı r :

“Azərbaycan Respublikasının “Polis veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli 98-IIIQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, No– 4, maddə 318) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qanunla təsdiq edilmiş “Polis veteranı” medalının təsviri”ndə:
1.1. ikinci hissədə “konturları” sözündən sonra “, medalın seriyası və nömrəsi” sözləri əlavə edilsin;
1.2. üçüncü hissə aşağıdakı redaksiyada verilsin:
“Medal paltara bərkidilmək üçün elementi olan, 37mm x 50mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilmişdir. Xara lent Azərbaycan Respublikasının Dövlət bayrağının rənginə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər üç şaquli zolağa bölünmüşdür. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçüdə, aşağı hissəsinə aypara və səkkizguşəli ulduz yerləşdirilmiş mərkəzindən kənarlarına doğru şüalar istiqamətlənmiş, eni kənarlarda 10 mm, mərkəzdə 7 mm ölçüdə olan gümüşü rəngli təbəqə bərkidilir.”;
1.3. dördüncü hissədə “20 mm x 10 mm” sözləri “37 mm x 10 mm” sözləri ilə əvəz edilsin.

2. Həmin Qanuna əlavə edilmiş “Polis veteranı” medalının eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 sentyabr 2013-cü il
No– 738-IVQD
 

 


 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU