"Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:
“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 10, maddə 582; 2005, No– 8, maddə 692; 2008, No– 11, maddə 960) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü və 13.2-ci maddələrdə “Kənd təsərrüfatı bitkilərinin” sözləri “Genetik modifikasiya olunmamış kənd təsərrüfatı bitkilərinin” sözləri ilə əvəz edilsin;
2. 5.1-ci və 11.2-ci maddələrə “kənd təsərrüfatı bitkilərinin” sözlərindən əvvəl “genetik modifikasiya olunmamış” sözləri əlavə edilsin;
3. 6.5-ci və 11.1.4-cü maddələrə “kənd təsərrüfatı bitkiləri” sözlərindən əvvəl “genetik modifikasiya olunmamış” sözləri əlavə edilsin;
4. 11.2-ci maddədə “Kənd təsərrüfatı bitkiləri” sözləri “Genetik modifikasiya olunmamış kənd təsərrüfatı bitkiləri” sözləri ilə əvəz edilsin;
5. 13.4-cü maddəyə “kənd təsərrüfatı bitkisinin” sözlərindən əvvəl “genetik modifikasiya olunmamış” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2013-cü il
No– 777-IVQD
Fayl şəklində yüklə

