"Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
 
AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini  rəhbər  tutaraq  qərara alır:

Maddə 1. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, No– 2, maddə 76; 2007, No– 10, maddə 933; 2008, No– 6, maddələr 464, 475; 2013, No– 1, maddə 19, No– 6, maddə 618) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.0.1.12-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.0.1.13-cü maddə əlavə edilsin:

“4.0.1.13. beşdən çox uşağı olan qadınlara müavinət.”;

1.2. 5-ci maddədə “Bu Qanunun 4.0.1.1-4.0.1.6-cı” sözlərindən sonra “və 4.0.1.13-cü” sözləri əlavə edilsin;

1.3. aşağıdakı məzmunda 7.0.10-3-cü maddə əlavə edilsin:

“7.0.10-3. beşdən çox uşağı olan qadınlara müavinət - beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda;

1.4. 9.1.9-cu  maddənin  sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 9.1.10-cu maddə əlavə edilsin:

“9.1.10. beşdən çox uşağı olan qadınlara müavinət - uşağın 18 yaşı tamam olan ayın sonunadək.”;

1.5. 10.2-ci  maddədə “və 9.1.9-cu” sözləri “, 9.1.9-cu və 9.1.10-cu” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 oktyabr 2013-cü il
No– 791-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU