"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununu “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 8, maddə 484; 2001, No– 3, maddə 143, No– 11, maddələr 676, 687, No– 12, maddə 731; 2002, No– 5, maddə 241, No– 6, maddə 328; 2004, No– 2, maddə 57, No– 3, maddə 133, No– 7, maddə 507; 2006, No– 2, maddə 75; 2007, No– 6, maddə 560; 2008, No– 7, maddə 602; 2010, No– 2, maddə 70, No– 4, maddə 275) 9-cu maddəsinin ikinci hissəsi həmin maddənin üçüncü hissəsi hesab edilsin və maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Uşaqların “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq hüquqları vardır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 oktyabr 2013-cü il
No– 803-IVQD
Fayl şəklində yüklə

