"Azərbaycan Respublikasının "İstiqlal" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 754 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikasının “İstiqlal” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikasının 1993-cü il 6 dekabr tarixli 754 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq   q ə r a r a   a l ı r :

“Azərbaycan Respublikasının “İstiqlal” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 754 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, No– 23-24, maddə 677; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 3, maddə 141) ilə təsdiq edilmiş “İstiqlal” ordeninin təsviri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. Üçüncü hissədə “nömrəsi” sözündən əvvəl “seriyası və” sözləri əlavə edilsin.

2. Dördüncü hissədə:

2.1. ikinci abzasda “27 mm” sözləri “37 mm” sözləri ilə əvəz edilsin, “göy çalarlı” sözlərindən əvvəl “6 qızılı xətli,” sözləri əlavə edilsin;

2.2. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:

“paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, 6 maili qızılı zolaqlı, göy çalarlı, 37 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden. Xara lentin yuxarı hissəsinə  40 mm x 5 mm ölçülü gümüşü təbəqə bərkidilir;”;

2.3. dördüncü abzasda “üzərində alov simvolu təsvir edilmiş, ölçüsü  27 mm x 9 mm olan” sözləri “ölçüsü 37 mm x 10 mm olan 2 ədəd” sözləri ilə əvəz edilsin və abzasa aşağıdakı məzmunda cümlələr əlavə edilsin:

“Qəlibin birinin üzərinə 17 mm x 6 mm ölçüdə sarı rəngli metal lövhə bərkidilmişdir. Metal lövhənin üzərində qoşa sarı xətli tünd qırmızı rəngli dairəvi element mövcuddur.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 sentyabr 2013-cü il
No– 722-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU