"Azərbaycan Respublikasının "Şərəf" və "Dostluq" ordenlərinin təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikasının “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının
2007-ci il 16 fevral tarixli 248-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq  q ə r a r a   a l ı r :

“Azərbaycan Respublikasının “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, No– 3, maddə 213) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qanunla təsdiq edilmiş “Şərəf” ordeninin təsviri”ndə:

1.1. 1-ci maddənin üçüncü cümləsindən “qızıldan” sözü çıxarılsın;

1.2. 2-ci maddədə “nömrəsi” sözündən əvvəl “seriyası və” sözləri əlavə edilsin;

1.3. 3.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“3.2. paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə, 37 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı təbəqə bərkidilir.”;

1.4. 3.3-cü maddədə “1 mm x 15 mm olan” sözləri “37 mm x 10 mm olan 2 ədəd” sözləri ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda cümlələr əlavə edilsin:

“Qəlibin birinin üzərinə 17 mm x 6 mm ölçüdə sarı rəngli metal lövhə bərkidilmişdir. Metal lövhənin üzərində qoşa sarı xətli tünd qırmızı rəngli dairəvi element mövcuddur.”.

2. Həmin Qanunla təsdiq edilmiş “Dostluq” ordeninin təsviri”ndə:

2.1. 1-ci maddənin ikinci cümləsindən “tutqun sarı rəngli” sözləri çıxarılsın;

2.2. 1-ci maddənin dördüncü cümləsində və 3.1-ci maddədə “bayrağının” sözündən əvvəl “Respublikasının Dövlət” sözləri əlavə edilsin;

2.3. 2-ci maddədə “nömrəsi” sözündən əvvəl “seriyası və” sözləri əlavə edilsin;

2.4. 3.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“3.2. paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən, 37 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı təbəqə bərkidilir.”;

2.5. 3.3-cü maddədə “bayrağının rənglərini əks etdirən, 1 mm x 15 mm olan” sözləri “Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən, ölçüsü 37 mm x 10 mm olan 2 ədəd” sözləri ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda cümlələr əlavə edilsin:

“Qəlibin birinin üzərinə 17 mm x 6 mm ölçüdə sarı rəngli metal lövhə bərkidilmişdir. Metal lövhənin üzərində Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən dairəvi element mövcuddur.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 sentyabr 2013-cü il
No– 726-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU