"Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 8 may tarixli 809-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi
haqqında” Azərbaycan Respublikasının 2009-cu il 8 may tarixli 809-IIIQ nömrəli
Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq  q ə r a r a   a l ı r :

“Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2009-cu il 8 may tarixli 809-IIIQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, No– 5, maddə 312) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsviri”ndə:
1.1. üçüncü və dördüncü hissələrin ikinci cümlələrində “dəniz dalğası (Pantone 3298 C) rəngindədir” sözləri “yaşıl rəngdədir” sözləri ilə əvəz edilsin;
1.2. dördüncü hissəyə aşağıdakı məzmunda altıncı cümlə əlavə edilsin:
“Medalın arxa tərəfində seriyası və nömrəsi həkk olunmuşdur.”;
1.3. beşinci hissənin dördüncü cümləsində “dəniz dalğası (Pantone 3298 C)” sözləri “yaşıl” sözü ilə əvəz edilsin.

2. Həmin Qanuna əlavə edilmiş “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” yubiley medalının eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 sentyabr 2013-cü il
No– 741-IVQD
 


 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU